BAKI, 18 mart. TELEQRAF

Novruz bayramı münasibətilə Bakıda geniş hazırlıq işləri görülüb, şəhərdə insana xoş ovqat bəxş edən ab-hava yaradılıb.

Teleqraf xəbər verir ki, şəhər rəhbərliyi və müvafiq qurumlar sakinlərin bayramı yüksək əhval-ruhiyyə ilə qarşılaması üçün xüsusi tədbirlər həyata keçirib.

Belə ki, paytaxtın əsas küçə və prospektlərində işıq dirəkləri yenilənib, müasir işıqlandırma sistemləri quraşdırılıb, yeni güllər əkilib, bayram atributları və dekorativ bəzəklər yerləşdirilib. Xüsusi işıqlandırma sayəsində şəhər gecə saatlarında da parlaq və cəlbedici görünür.

Bayram ab-havasını hiss edən paytaxt sakinləri axşam saatlarında da şəhərin mərkəzində gəzintiyə çıxır, şəkillər çəkdirir və müxtəlif bayram əyləncələrində iştirak edirlər.

FOTO: Elnur Muxtar