.jpg)
BAKI, 10 mart. TELEQRAF
1 mart 2025-ci il tarixə olan məlumata əsasən, Dövlət Komissiyasında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3983 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.
Teleqraf xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) Azərbaycanda itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatının təqdimat mərasimində bildirilib.
Bildirilib ki, onlardan 3977 nəfəri 1990-cı ildə Birinci Qarabağ müharibəsində, 6 nəfəri isə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində itkin düşüb.
İtkin düşmüş 3983 nəfərdən 3209 nəfəri hərbçi, 774 nəfəri mülki şəxslərdir. Mülki şəxslərdən 75 nəfəri yetkinlik yaşına çatmayanlar, 116 nəfəri qadın, 315 nəfəri yaşlı insanlardır.