
BAKI, 10 mart. TELEQRAF
30 il işğal dövründə ərazilərimiz mina və partlamamış sursatlarla həddən artıq çirkləndirilib.
Teleqraf xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (İCMP) Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatının təqdimatında Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini general-leytenant Şərafət Həsənov deyib.
Qeyd olunub ki, hazırkı dövrədək mina partlayışı ilə bağlı 70 nəfər həlak olub, 314 nəfər yaralanıb.