BAKI, 10 mart. TELEQRAF

Ramazan ayında maye ehtiyaclarını ödəmək üçün su əsas seçim olmalıdır.

Teleqraf xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.

Onun sözlərinə görə, maye ehtiyacının ödənilməsində suyun böyük əhəmiyyəti var.

"Gün ərzində istehlak ediləcək mayenin ümumi miqdarı 2000-2500 ml-dir. Su enerji ehtiva etmir və ən yaxşı nəmləndirməni təmin edir. 65 yaşından sonra susuzluq hissi azaldığı üçün bu şəxslər susuzluqdan əvvəl su içməyə diqqət etməlidirlər. Suya nanə, darçın çubuqları, limon və meyvə buzu ilə dad əlavə etmək olar. Gündəlik su tələbatı aşağıdakı kimi hesablana bilər: 35 ml x bədən çəkisi (kq). Ramazan ayında maye ehtiyacınızı ödəmək üçün ayran, təzə sıxılmış meyvə və tərəvəz şirələri və s. tez-tez qəbul edilməsi məsləhətdir", - deyə həkim vurğulayıb.