
BAKI, 24 fevral. TELEQRAF
“Yeni hazırlanmış xəritə beynəlxalq arbitraj məhkəmələrində Azərbaycana böyük dəstək olacaq. Bu xəritədə Qərbi Azərbaycan toponimləri yer alıb".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Pərvanə Vəliyeva bu gün Ermənistanın Cənubi Qafqazın ekologiyasını zəhərləyən dağ-mədən sənayesi müəssisələri barədə rəqəmsal xəritənin təqdimatı zamanı deyib.
Onun sözlərinə görə, Ermənistan iki minə yaxın yer adlarını dəyişdirib.
"Rəqəmsal xəritədə çayların adlarını mənşə versiyasında görmək olur. Bu, strateji cəhətdən çox önəmlidir”, - deputat vurğulayıb.