.jpg)
BAKI, 19 fevral. TELEQRAF
"Türkiyə və Azərbaycan əlaqələrinin nə qədər güclü olduğunu Bakıya gəldiyim iki həftədə müşahidə etdim”.
Teleqraf xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, professor Birol Akgün “Media Məkanında Strateji Əməkdaşlıq Anlaşma Memorandumu”nun 5 ili: Birgə fəaliyyətə baxış, gələcək hədəflər” mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, iki xalqın inkişaf etdirdiyi əməkdaşlığı görməkdən məmnundur:
“Dildə, fikirdə, işdə birlik ideyası daha da güclənir. Bu gün dünyanın siyasi sisteminin köklü formada dəyişdiyini görürük. Heç kimin heç kimə güvənmədiyi, ittifaqlara etibarın sual altına düşdüyü bir zamanda bu dostluq yolumuza böyük işıq tutur. Türkiyədəki 6 fevral zəlzələsində kədərimizi Azərbaycan qədər hiss edən olmadı. Türkiyə bütün imkanları ilə Azərbaycanın yanında olacaq. Bu, Rəcəb Tayyib Ərdoğanın fikirləridir. Həm sevincli, həm də kədərli anlarda bir yerdə olmağımız bizim iki millət, bir dövlət olduğumuzu bir daha təsdiq edir”.