BAKI, 21 fevral. TELEQRAF

Ən çox qar şimal-qərb bölgəsində müşahidə olunur.

Bu barədə Teleqraf-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

"Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, hazırda əksər ərazilərə qar yağır. Ən çox qar şimal-qərb bölgəsində müşahidə olunur.

Xidmət rəsmisi Gülnarə Abbasova bildirib ki, hazırda qarın hündürlüyü Zaqatalanın dağlıq ərazisi olan Əlibəydə 76, Qaxın dağ kəndi olan Sarıbaşda 52, Şəkidə 29 sm-dir",- məlumatda qeyd olunub.