
Bu gün Bakı və bir çox yaşayış məntəqələri 8 saat qazsız qalacaq.
Dövlət neft Şirkətindən Teleqraf.com-a verilən məlumata görə, bu gün saat 10:00-dan 18:00-dək Qaz İxrac İdarəsinin Magistral Qaz Kəmərləri sahələrinin bəzi qazpaylama stansiyalarında, qazpaylama məntəqələrində və ölçü qovşaqlarında təmir işləri aparılacaq.
Təmir müddətində Bakı şəhərinin Kürdəxanı, Pirşağı, Bilgəh, eləcə də Bərdə rayonunun Cəyirli yaşayış məntəqələrinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bərdə şəhərinin qaz təchizatına təsir göstərməsi də mümkündür.