Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Tədbir yer, aqrar, biologiya və tibb elmləri, həmçinin Naxçıvan və Gəncə Bölmələrində fəlsəfə doktoru hazırlığı üzrə doktorantların əyani (3 il) və qiyabi (4 il) təhsil üzrə qəbulu və onların dissertasiya mövzularının təsdiqi məsələsinə həsr olunub.

AMEA Rəyasət Heyətinin aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, Yer Elmləri Bölməsinin elmi müəssisə və təşkilatlarının 8, Aqrar Elmlər Bölməsinin 6, Biologiya və Tibb Elmləri Bölməsinin 11, Naxçıvan Bölməsinin 2 və Gəncə Bölməsinin 2 doktorantının dissertasiya mövzusu müzakirə edilib.

Sonra doktorantların dissertasiya mövzuları ətrafında fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.

NİGAR