"Azəriqaz" İstehsalat Birliyinin 104 Çağırı Mərkəzinin rəhbəri Xalidə Şimşək "Azəriqaz.az" saytının mobil versiyasının hazırlandığını açıqlayıb.
Teleqraf.com-un məlumatına görə, Xalidə Şimşək abonentlərin bu aplikasiyanı mobil telefonlarına yükləyib lazımi məlumatları əldə edə biləcəyini söyləyib.
"Proqram vasitəsilə abonent kodunu, borcunu və digər məlumatları əldə etmək olar. Həmçinin proqrama sayğac nömrəsini qeyd etməklə abonentlər digər probremlərini də öyrənə bilərlər", - o bildirib.