BAKI, 19 dekabr. TELEQRAF
"Bu il elektron sistemlərin çökməsi halları çox olub".
Teleqraf xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.
O bildirib ki, gün ərzində tibbi müəsissələrə 1500-2000 nəfərdən çox müraciət olur: “Bu il elektron sistemlərin çökməsi halları artıb.
Elektron sistemlərdə yaranan nasazlıqlar bizə də təsir edir. Bizdən asılı olan səbəblər də mövcuddur. Hazırda xəstəxanalarda idarəetmə sistemində yeniləmələr aparılır”.