BAKI, 7 oktyabr. TELEQRAF

Cari ilin ilk 9 ayı ərzində Azərbaycanda 44802 nəfərin ölümü qeydə alınıb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 24342-si kişi, 20460-ı qadın olub.

Qeyd edilib ki, ölümü qeyd alınan şəxslərdən 1472 nəfəri uşaqdır (18 yaşadək şəxs).