BAKI, 9 sentyabr. TELEQRAF
"Aytən Sultanovanın hazırda Mərkəzi Klinikanın ümumi reanimasiya və intensiv terapiya şöbəsində müalicəsi davam edir".
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Mərkəzi Klinik Xəstəxanadan məlumat verilib.
Bildirilib ki, onun ümumi vəziyyəti ağır stabil olaraq qiymətləndirilir.
Qeyd edək ki, oftalmoloq Aytən Sultanova “Universal” hospitalın rəhbəri və baş həkimidir. Onun mədəkiçiltmə əməliyyatından sonra vəziyyətinin pisləşdiyi iddia olunur.