2 sentyabr. TELEQRAF

Avqust ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 94 nəfər qəbul edilib.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

öbəyə qəbul edilən xəstələrdən 30 nəfər dərmandan, 37-si sirkə turşusundan, 5-i həlledici məhluldan zəhərlənən şəxslərdir.

Həmçinin 13 nəfər ilan sancması, 7 nəfər allergik reaksiya, 2 nəfər botulizm zəhərlənməsi səbəbilə şöbəyə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 4-ü (2 nəfər qadın, 2 nəfər kişi) dünyasını dəyişib.

Ölüm halları sirkə turşusu zəhərlənmələrindən qeydə alınıb", - deyə məlumatda bildirilib.