BAKI, 1 avqust. TELEQRAF
Yeni Klinikanın direktoru Barat Yusubov orqanlarını bağışlayıb.
Teleqraf xəbər verir ki, bu barədə klinika rəhbəri sosial şəbəkə hesabında məlumat yayıb.
"Bu gün bəlkə də həyatımın ən önəmli qərarını verdim: bütün orqanlarımı bağışladım. İnanılmaz sevincliyəm, çünki ölümümlə kimlərəsə həyat bəxş edəcəm", - paylaşımda qeyd edilib.