Məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları yataqxanaların Dövlət Komitəsinə heç bir aidiyyəti yoxdur.

Bu barədə Teleqraf.com-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, fevralın 8-də “Xəzər” TV-nin “Xəzər-Xəbər” proqramında Bakı şəhərindəki yataqxanalarda məcburi köçkünlərin yaşadıqları otaqları satışa çıxarması barədə reportaj yayımlanıb.

Bununla əlaqədar bildirilir ki, məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları yataqxanaların Dövlət Komitəsinə heç bir aidiyyəti yoxdur.