BAKI, 30 iyun. TELEQRAF

"Bu günədək övladlığagötürmə ilə bağlı 1692 müraciət daxil olub".

Teleqraf xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov qurumun 5 illik fəaliyyətinə dair mətbuat konfransında deyib.

O bildirib ki, bu günədək 737 uşaq övladlığa verilib.

Onlardan 371- i oğlan, 186-sı isə qızdır.