BAKI, 28 aprel. TELEQRAF
“Qeyri-rezidentlərin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası”nda dəyişiklik edilib.
Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, qaydalara aşağıdakı məzmunda 1.2-2-ci və 1.3-1-ci bəndlər əlavə edilib:
“1.2-2. Maliyyə institutları tərəfindən fiziki və hüquqi şəxslərə hesab açıldıqda və ya maliyyə xidmətləri göstərildikdə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin icrası məqsədilə şəxsin rezidentliyinin müəyyən edilməsi üçün dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatların və sənədlərin təqdim edilməsinə və ya təqdim edilmiş məlumatlarda və sənədlərdə şəxsin rezidentlik statusunun dəyişdirilməsinə səbəb olan dəyişiklik baş verdiyi halda, bu barədə məlumatların və sənədlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə təqdim edilməməsi halları müəyyən edildikdə maliyyə institutu tərəfindən şəxs və aşkar olunmuş pozuntu barədə yazılı məlumat dərhal Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (bundan sonra – Dövlət Vergi Xidməti) verilməlidir.”;
“1.3-1. Xarici ölkənin qanunvericiliyinə uyğun olaraq hüquqi təsisat formasında yaradılmış hesabatverən maliyyə institutu adından çıxış etməklə onun maliyyə hesablarının saxlanılmasını və bu Qaydalarla müəyyən edilmiş hesabatvermə və hərtərəfli yoxlama öhdəliklərinin yerinə 2 yetirilməsini təmin edən şəxs (trasta münasibətdə trastın idarəçisi) hesabatverən maliyyə institutunun Qanunla müəyyən edilən məsuliyyəti həddində məsuliyyət daşıyır”.