BAKI, 28 aprel. TELEQRAF

“Təbii inhisar subyektlərinin Siyahısı”nda dəyişiklik edilib.

Teleqraf xəbər verir ki, bunun bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, aeroport, hava gəmilərinə aviasiya xidmətləri göstərən “ASG Business Aviation” və “ASG Helicopter Services” məhdud məsuliyyətli cəmiyyətləri siyahıdan çıxarılıb.