BAKI, 28 aprel. TELEQRAF

“Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş” təsdiq edilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev qanun imzalayıb.