BAKI, 28 aprel. TELEQRAF

“Dövlət xidmətləri haqqında” qanuna edilən dəyişikliklər təsdiq olunub.

Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən qanuna aşağıdakı bəndlər əlavə edilib:

“1.6-1. həmin Qanunun 6.3-cü maddəsində, 12.3-cü maddəsinin birinci (ikinci halda) və ikinci cümlələrində “orqan (qurum)” dedikdə kiçik və orta biznes evlərinə münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə münasibətdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi nəzərdə tutulur;”;

“1.7-1. həmin Qanunun 10.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi nəzərdə tutulur;”;