BAKI, 9 aprel. TELEQRAF

Fransa prezidenti Emmanuel Makron ABŞ və İran arasında əldə olunan atəşkəs razılaşmasının Livana da şamil edilməsini zəruri hesab edir.

Teleqraf xəbər verir ki, Makron bu barədə İran prezidenti Məsud Pezeşkian və ABŞ prezidenti Donald Tramp ilə telefon danışığından sonra açıqlama verib.

Onun sözlərinə görə, atəşkəs rejimi münaqişənin bütün istiqamətlərində, o cümlədən Livanda tam şəkildə tətbiq olunmalıdır. Makron bildirib ki, bu, razılaşmanın etibarlı və uzunmüddətli olması üçün əsas şərtdir.

Fransa lideri əlavə edib ki, əldə edilən razılaşma mümkün olan ən yaxşı variantdır və Yaxın Şərqdə təhlükəsizliyin təmin olunması üçün genişmiqyaslı danışıqlara yol açmalıdır.

O qeyd edib ki, bu məsələni Qətər, BƏƏ, Livan və İraq liderləri ilə də müzakirə edib.