Vyetnam parlamenti Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş katibi To Lamı 2031-ci ilədək ölkə prezidenti seçib.

Teleqraf xəbər verir ki, səsvermə mart ayında seçilmiş Vyetnam Milli Assambleyasının 16-cı çağırışının ilk sessiyasında keçirilib.

To Lam həmçinin ölkənin hakim Kommunist Partiyasının rəhbəri kimi fəaliyyət göstərir.