BAKI, 14 mart. TELEQRAF

"Azərbaycanın irəli sürdüyü COP atəşkəsi təşəbbüsü təkcə qlobal sülh axtarışı deyil, həm də iqlim dəyişikliyi ilə mübarizənin mühüm tərkib hissəsidir".

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) mənzil-qərargahında keçirilən görüş zamanı bildirib.

Y.Rəfiyev vurğulayıb ki, silahlı münaqişələr ətraf mühitə bərpaolunmaz zərər vurur.

Onun sözlərinə görə, döyüş əməliyyatları atmosferə atılan zərərli qazların həcmini kəskin artırır:

"Müharibələr iqlim böhranını dərinləşdirən əsas faktorlardandır. Məhz bu səbəbdən, xüsusilə indiki çətin dövrdə atəşkəs təşəbbüsünün reallaşması bizim üçün prioritet xarakter daşıyır”.