BAKI, 11 mart. TELEQRAF

Azərbaycan Avropa İttifaqının enerji mənbələrinin diversifikasiyasında mərkəzi rol oynayır.

Teleqraf xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta sosial media hesabında paylaşım edib.

O, enerji təhlükəsizliyinin Avropa İttifaqı və Azərbaycan arasındakı əməkdaşlığın mərkəzində dayandığını vurğulayıb.

Aİ rəsmisi dörd il əvvəl Versalda qəbul edilmiş qərarları xatırladaraq qeyd edib:

"Dörd il əvvəl bu gün Versalda Avropa İttifaqı Şurası enerji mənbələrinin diversifikasiyası barədə razılığa gəldi. Azərbaycan bu səylərin mərkəzində olub".

Antonio Koşta həmçinin əlavə edib ki, hazırkı qlobal qeyri-sabitlik fonunda tərəflər arasındakı enerji tərəfdaşlığı hər zamankından daha böyük əhəmiyyət kəsb edir.