BAKI, 31 yanvar. TELEQRAF
Bölgədə yaranmış vəziyyətdən narahatıq. Azərbaycanın gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazırdır. Ölkəmiz bu kimi məsələlərin danışıqlar və qarşılıqlı anlaşma yolu ilə həllinin tərəfdarıdır.
Teleqraf xəbər verir ki, bunu yanvarın 31-də Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianla telefon danışığında bildirib.
Prezident Məsud Pezeşkian öz növbəsində Prezident İlham Əliyevə təşəkkürünü bildirib.