BAKI, 30 yanvar. TELEQRAF
Tarix və memarlıq abidələri haqqında məlumatların rəqəmsallaşdırılacaq.
Teleqraf xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda yer alıb.
Sənədə əsasən, icraçı orqan kimi Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, yerli icra hakimiyyəti orqanları müəyyən edilib.