BAKI, 30 yanvar. TELEQRAF

“Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş poçt markalarının, zərflərin və poçt kartlarının buraxılması, ölkə ərazisində müxtəlif təbliğat materiallarının yerləşdirilməsi və nümayiş etdirilməsi nəzərdə tutulub.

Teleqraf xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda yer alıb.

Bununla bağlı icraçı orqanlar kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Reklam Agentliyi, Heydər Əliyev Mərkəzi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, 4 Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Dənizkənarı Bulvar İdarəsi, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON), yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi müəyyən edilib.