BAKI, 25 oktyabr. TELEQRAF

ABŞ-nin sabiq vitse-prezidenti Kamala Harris 2028-ci il prezident seçkilərində yenidən namizəd olmağı planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb.

Bildirilir ki, Harris bu həftə potensial rəqiblərinə növbəti prezidentlik kampaniyası üçün şanslarını qorumaq üzərində çalışdığını açıq şəkildə bildirib.

Qeyd olunur ki, Harris Demokratlar Partiyasının 2028-ci il ərəfəsində aparılan bir sıra sorğularda hələ də ön sıralarda yer alır və xüsusilə qaradərili seçicilər arasında güclü dəstəyə malikdir.

Bununla belə, nəşr vurğulayır ki, seçkilərə iki il qalmış keçirilən ümummilli sorğular daha çox müzakirə xarakteri daşıyır və real nəticələri əks etdirməyə bilər.

Xatırladaq ki, Kamala Harris daha əvvəl 2028-ci il prezident seçkilərində iştirak ehtimalını istisna etməmişdi. ABŞ prezidenti Donald Tramp isə yeni müddətə namizədlik barədə düşünmədiyini açıqlamışdı.