BAKI, 12 dekabr. TELEQRAF

Aşqabad şəhərində işgüzar səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədov dekabrın 12-də ölkəmizin Türkmənistandakı Səfirliyinə gələrək Ümummilli Lider Heydər Əliyevin buradakı büstü önünə gül dəstəsi qoyub, Ulu Öndərin xatirəsini ehtiramla yad edib.

Bu barədə Teleqraf-a Nazirlər Kabinetindən məlumat verilib.