BAKI, 14 dekabr. TELEQRAF

Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi Lord Alderdays Azərbaycana səfəri çərçivəsində Naxçıvana gedib.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, səfərin məqsədi regional bağlantı layihələrinin genişləndiyi bir vaxtda Naxçıvanın strateji əhəmiyyəti ilə yaxından tanış olmaqdır.

Səfirliyin məlumatına görə, Lord Alderdays bu həftə ərzində Azərbaycanda enerji, ticarət, nəqliyyat əlaqələri, təhsil, səhiyyə, rəqəmsallaşma və digər sahələrdə əməkdaşlıq imkanlarını müzakirə edib. Görüşlər Azərbaycan–Böyük Britaniya strateji tərəfdaşlığı ruhunda keçirilib.