BAKI, 9 avqust. TELEQRAF
Ermənistan və Azərbaycan arasında ABŞ-də əldə olunan razılaşmalar iki ölkə arasında münasibətlərin tam normallaşması istiqamətində həlledici addımdır.
Teleqraf xəbər verir ki, bunu İspaniyanın xarici işlər naziri Xose Manuel Albares sosial media hesabındakı paylaşımda qeyd edib.
"Biz hər iki ölkə arasında sülhə, əməkdaşlığa və sabitliyə sadiqliyi dəstəkləyirik", - paylaşımda bildirilib.