Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özelin barəsində istintaq başladılıb.
Teleqraf xəbər verir ki, bu barədə "Hürriyet" məlumat yayıb.
Bildirilir ki, Ö.ÖZəl Manavgat Bələdiyyəsinə qarşı açılmış cinayət işi üzrə istintaqa verdiyi ifadə əsasında saxlanılıb.
Antalya Baş Prokurorluğunun CHP lideri Özgür Özəllə bağlı açıqlamasında qeyd olunur.
“Antalyanın Muratpa rayonunda keçirilən açıq hava tədbirindəki çıxışında Ö.Özəl istintaq haqqında açıq-aşkar həqiqətə uyğun olmayan və ictimai asayişi poza biləcək məlumatlarsəsləndirib. Buna görə də millət vəkili və siyasi partiya lideri Özgür Özəlin barəsində istintaq başladılıb".