BAKI, 31 may. TELEQRAF

İsrail ordusu yenidən Livanın cənubuna hava zərbələri endirib. Nəticədə "Hizbullah" təşkilatının silahlı birləşmələrindən birinin komandiri Məhəmməd Əli Camul öldürülüb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

İsrail ordusunun açıqlamasında onun fəaliyyətləri İsrail və Livan arasında atəşkəs razılaşmalarının kobud şəkildə pozulması kimi qiymətləndirilib.

Mətbuat xidmətinin yaydığı bəyanatda qeyd olunub:

“İsrail üzləşdiyi hər hansı təhlükəni aradan qaldırmaq üçün tədbirlər görməyə davam edəcək".