BAKI, 30 may. TELEQRAF
“Ailə planlaşdırılması və reproduktiv sağlamlıq haqqında” yeni qanun yaxın vaxtlarda qəbul edilə bilər.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılan gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2024-cü ildə fəaliyyəti haqqında məlumatın müzakirəsi zamanı deyib.
Komitə sədri qeyd edib ki, qanunun qəbul edilməsinə böyük ehtiyac var və yəqin ki, bu da yaxın vaxtlarda olacaq.