BAKI, 23 may. TELEQRAF
"İlk dəfədir ki, İsveçrə bu festivalda iştirak edir. Ölkəmiz burada ənənənin və innovasiyanın məkanı kimi təqdim edilir. İsveçrə dünyanın ən innovativ ölkəsidir".
Bunu Teleqraf-a açıqlamasında İsveçrənin Azərbaycandakı səfiri Thomas Stahli ADA Universitetində keçirilən Beynəlxalq Dünya Xalqlarının Mədəniyyəti festivalında deyib.
"İsveç və Azərbaycan arasında siyasi əlaqələr çox yüksək səviyyədədir. Münasibətlərimiz qarşılıqlı etimad əsasında qurulub, çox fəal və qabaqcıldır", - deyə T.Stahli ölkələrimiz arasında əlaqələrdən danışarkən deyib.