BAKI, 22 may. TELEQRAF

MDB iştirakçı dövlətlərinin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 29-cu iclası çərçivəsində Miqrasiya Orqanları Rəhbər Şurasına yeni sədr seçkisi keçirilib.

Teleqraf xəbər verir ki, Rusiya daxili işlər nazirinin birinci müavini Andrey Kikot yenidən Miqrasiya Orqanları Rəhbər Şurasına sədr seçilib.

Sədri şuranın nümayəndəsi təqdim edib.

Qeyd edək ki, Rusiya 2017-ci ildən Miqrasiya Orqanları Rəhbər Şurasına sədrlik edir.