
BAKI, 21 may. TELEQRAF
Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin xarici işlər nazirlərinin Macarıstanda qeyri-rəsmi zirvəöncəsi görüşü olub.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə TDT-nin baş katibi Kubanıçbek Ömüralıyev, üzv ölkələrin XİN başçıları – Murat Nurtleu (Qazaxıstan), Hakan Fidan (Türkiyə), Jeenbek Kulubaev (Qırğızıstan), Ceyhun Bayramov (Azərbaycan), Baxtiyar Saidov (Özbəkistan), habelə qurumda müşahidəçi olan Macarıstanın baş diplomatı Peter Siyarto iştirak ediblər.