BAKI, 20 may. TELEQRAF
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Teleqraf xəbər verir ki, Prezident Külliyəsində gerçəkləşən görüşdə Türkiyə-Azərbaycan münasibətlərinin nail olduğu qardaşlıq və müttəfiqlik səviyyəsinin daha da artması üçün atılan konkret addımlar və regionda baş verənləri müzakirə olunub.
“Ədalət Vəliyev və onun rəhbərlik etdiyi nümayəndə heyətinə səmimi və konstruktiv yanaşmalarına görə təşəkkür edirəm. Qardaş Azərbaycanla, "bir millət, iki dövlət" anlayışı ilə davam etdiyimiz güclü əməkdaşlığı qarşılıqlı etimad və qardaşlıq çərçivəsində dərinləşdirməyə davam edəcəyik”,- deyə Cevdet Yılmaz əlavə edib.