BAKI, 16 may. TELEQRAF
Prezident İlham Əliyev Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin Ədalət və İnkişaf Partiyası məlumat yayıb.
Görüş Albaniyanın paytaxtı Tiranada “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısı çərçivəsində gerçəkləşib.
