BAKI, 16 fevral. TELEQRAF

"Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən 12-ci Qlobal Bakı Forumu uğurla yekunlaşıb".

Teleqraf xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkə hesabında belə yazıb.

O bildirib ki, Qlobal Bakı Forumu "özünü əsas qlobal problemlərin müzakirəsi üçün əhəmiyyətli beynəlxalq platforma" kimi təsdiq edib.

Azərbaycan Prezidentinin köməkçisi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə gələcək faəliyyətində uğurlar arzulayıb: "Bu münasibətlə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradova, o cümlədən bütün komandaya və könüllülərə ürəkdən təbriklərimi çatdırıram. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan Mərkəz onun humanizm fəlsəfəsini təcəssüm etdirir.

Onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram".