BAKI, 8 fevral. TELEQRAF

Ekvadorda sabah prezident seçkiləri baş tutacaq.

Teleqraf xəbər verir ki, qeydə alınmış 13 milyon seçici ilk turda 16 namizəd arasından yeni prezidenti, həmçinin vitse-prezidenti və Milli Assambleyaya 151 deputatı seçmək üçün səs verəcək.

Seçkidə prezident postu uğrunda 16 namizəd mübarizə aparır. Sorğularda Ekvadorun hazırkı Prezidenti Daniel Noboa və Vətəndaş İnqilabı Hərəkatının solçu namizədi Luisa Qonzales üstünlük təşkil edir. "Cedatos" araşdırma şirkətinin 30 yanvar 2025-ci ildə keçirdiyi sorğuya görə, Noboa 48,3 faiz, Qonzales isə 32 faiz səs toplayıb.

Qalibin ikinci turda müəyyənləşəcəyi ehtimal olunur.