Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Bakıya işgüzar səfəri çərçivəsində Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla da görüşüb.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bu barədə Şoyqu jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, görüşlərdə Qərbin Cənubi Qafqazda təhlükəsizliyin qurulması prosesinə müdaxilə cəhdləri müzakirə olunub.

“Məsələlərin geniş spektri, o cümlədən, Cənubi Qafqazda təhlükəsizlik, 10-cu redaksiyasının İrəvana göndərildiyi Ermənistanla sülh sazişinin imzalanması, Qərbin bu prosesə aktiv müdaxilə cəhdləri müzakirə olunub”, - deyə Rusiya Təhlükəsizlik Şurasının katibi vurğulayıb.

Şoyqu əlavə edib ki, nəqliyyat layihələri, xüsusilə “Şimal-Cənub” dəhlizi də müzakirə olunub.