
Ukraynada xüsusi əməliyyat başlayandan bəri Rusiya müdafiə zavodları döyüş sursatlarının istehsalını 14 dəfə, pilotsuz təyyarələrin istehsalını 4 dəfə, zirehli silahların istehsalını 3,5 dəfə artırıb.
Teleqraf.com TASS -a istinadən xəbər verir ki, bu rəqəmləri Rusiya prezidenti Vladimir Putin müdafiə sənayesi müəssisələrinin rəhbərliyi ilə görüşündə bildirib.
“Bizim həcmlərimiz son bir il yarım-iki il ərzində xüsusi hərbi əməliyyat zamanı artıb. 2021-ci ildən 2023-cü ilə qədər bu rəqəmlər daim dəyişir, artır”, - Rusiya lideri vurğulayıb.
Onun sözlərinə görə, raket və artilleriya silahlarının istehsalı 22 dəfədən çox, elektron döyüş və kəşfiyyat vasitələrinin istehsalı 15 dəfə, sursat və silahların istehsalı 14 dəfə artıb.
Putin qeyd edib ki, bu göstəricilər müdafiə zavodlarında işin yaxşı tempindən xəbər verir.