
Xerson vilayətində Dnepr çayının sol sahilində son vaxtlar rusların hücumları azalıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Cənubi Ukrayna Müdafiə Qüvvələrinin Birgə Koordinasiya Mətbuat Mərkəzinin rəhbəri Natalya Qumenyuk FREEDOM telekanalına danışıb.
Onun sözlərinə görə, düşmən hücumları piyada olaraq qalır.
"Düşmən zirehli texnikadan istifadə etmir. Aydındır ki, düşmən bizim səylərimizə inanır və anlayır ki, tezliklə orada bizim zirehli texnikalar peyda olacaq".