BAKI, 11 aprel. TELEQRAF
San-Fransiskoda çılpaq qadının nəhəng heykəli ucaldılıb.
Teleqraf xəbər verir ki, "R-Evolution" adlı əsər cümə axşamı Embarcadero Plazada quraşdırılıb. Heykəlin hündürlüyü 13 metrdir.
Heykəl on il əvvəl "Treasure Island"da rəssam Marko Kokrane tərəfindən yaradılıb və 55 min qaynaqdan ibarətdir. Heykəl ilk dəfə 2015-ci ildə "Burning Man" sərgisinə təqdim edilib.
"R-Evolution"un sinəsi gün ərzində bir neçə dəfə nəfəs almağı simulyasiya edərək yüksəlir və enir. Gecələr isə ətrafa işıq saçır.
Əsər Marko Kokranenin saytında "qadın gücü və azadlıq" simvolu kimi təsvir edilib.