Teleqraf.com xəbər verir ki, Bodrumda yerləşən otellərdən birində səhnəyə çıxmağa hazırlaşan sənətçi qəfildən özünü pis hiss etdiyi üçün Balıkesirdə yerləşən xəstəxanalardan birinə aparılıb. Dərhal sistemli müalicəyə başlayan həkimlər onun zəhərləndiyini söyləyiblər. Vəziyyətin ciddi olduğunu anlayan konsert təşkilatçıları dərhal proqramı ləğv edərək, üzrxahlıq ediblər.

Qeyd edək ki, məşhur pop ulduzu Simgə dünəndən xəstəxanadadır. Onun səhnəyə çıxacağı otel isə müğənniyə hörmət əlaməti olaraq, dünəndən sənətçinin musiqilərini səsləndirir.