Teleqraf.com xəbər verir ki, Səmərqənd Dövlət Universitetinin gənc modelyer qızları “Qarabağ” şikəstəsinin sədaları altında Qarabağın qadın və kişi libaslarını podiumda nümayiş etdirib, aparıcı isə paralel olaraq, bu geyimlərin özünəməxsusluğu haqqında geniş məlumat verib.
Milli ornamentlərlə, daş-qaşlarla bəzədilmiş Qarabağ zadəgan geyimlərinin, habelə Azərbaycan milli kəlağayılarının xüsusi rəng qatdığı sərgidə əsasən, Qarabağ xanlarının dövrünə aid zəngin qadınların libasları, şənlik geyimləri, gənc Qarabağ bəylərinin mərasim geyimləri, habelə toy libasları nümayiş etdirilib.