BAKI, 13 aprel. TELEQRAF

Aprelin 13-də Türkiyə Böyük Millət Məclisinin üzvləri, hakim Ədalət və İnkişaf Partiyasının təmsilçiləri, Kayseri bələdiyyəsinin yüksək vəzifəli şəxsləri, ali məktəb rektorları və sahibkarların daxil olduğu nümayəndə heyəti Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər edib.

Teleqraf xəbər verir ki, məlumatı Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov sosial şəbəkə hesabında paylaşıb.

O bildirib ki, görüşlər zamanı ölkələr arasında ikitərəfli münasibətlərdən, Şuşa-Kayseri şəhərlərinin qardaşlaşmasının önəmindən danışılıb.

Qonaqlara Şuşa şəhərinin yenidənqurulması barədə məlumat verilib və şəhərin Baş Planı onlara təqdim olunub.

Daha sonra qonaqlar üçün şəhər gəzintisi təşkil edilib.