BAKI, 13 aprel. ТELEQRAF.

Ermənistan Azərbaycanın regional kommunikasiyaların açılması ilə bağlı məsləyə soyuq reaksiyasını müşahidə edir.

Teleqraf xəbər verir ki, bu barədə yerli saytlara Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan açıqlama verib.

O bildirib: "Əvvəlcə biz Azərbaycandan az-çox müsbət reaksiya aldıq. Amma indi bu təklifə daha soyuq münasibəti müşahidə edirik. Mənə bunun nə ilə bağlı olduğunu söyləmək çətindir. Amma təklif aşağıdakından ibarətdir: hər iki tərəf infrastruktur üzərində suverenliyi saxlamaqla, Ermənistan Azərbaycan dəmiryollarından istifadə etmək, daha doğrusu, Azərbaycan ərazisindən istifadə etməklə, öz yükünü istənilən nöqtəyə göndərmək və ya oradan yük götürmək imkanı əldə edir. Eynilə Azərbaycan da erməni dəmiryollarından istifadə etməklə yük göndərmək və qəbul etmək imkanı qazanır".